Продаётся 3-комн. вторичка 72 м², м. Ахмедлы
Əhmədli metrosuna piyada 3–5 dəqiqəlik məsafədə, Heydər Əliyev parkının düz yanında yerləşən 3 otaqlı mənzil təcili satılır. Mənzil məşhur Leninqrad layihəli “qarmojka” binadadır və dəniz mənzərəsi var. Ərazi həm sakit, həm də çox əlverişlidir.
Mənzil 2 otaqdan 3 otağa səliqəli şəkildə düzəldilib, geniş və rahat mətbəxi var. Təmir yaxşı vəziyyətdədir, isti pol sistemi mövcuddur, əlavə xərc tələb etmir — gir, yaşa vəziyyətindədir. 7-ci mərtəbədə yerləşir, qonşuluq sakit və ailəvi mühitlidir.
Binanın həyətində avtomobil saxlamaq üçün yer var, parklanma problemi yoxdur. Məktəb və uşaq bağçası binaya çox yaxındır. Marketlər, aptek, hipermarket, park və uşaq oyun zonaları əlinizin altındadır. Metro və avtobus dayanacağı tam piyada məsafədədir.
Qiymət sondur və mənzil təcili satıldığı üçün dəyərindən ucuz təklif olunur. Bu ərazidə belə qiymətə mənzil tapmaq çətindir. Real alıcılar əlaqə saxlasın.

































































































































































