Сдаётся 3-комн. новостройка 83 м², Сабаильский р.
Bakının ən prestijli ərazilərindən birində kirayə mənzil
Bakının ən elit və sakit rayonlarından birində, zövqlə və yüksək keyfiyyətlə təmir olunmuş mənzil kirayə verilir. Mənzil eksperimental daş binada yerləşir — möhkəm konstruksiya, ideal istilik və səs izolyasiyası ilə seçilir. Binada lift mövcuddur, ümumi sahələr səliqəli və baxımlıdır.
Təmir zamanı yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunub, hər detal incəliklə düşünülüb. Mənzil tam yaşayış üçün hazır vəziyyətdədir və komfortlu həyat tərzi təqdim edir.
Əla yerləşmə
Mənzil şəhərin sakit, yaşıllıqla əhatə olunmuş hissəsində yerləşir:
Birbaşa Mətbuat prospektində
Flame Towers – 5 dəqiqə
Dağüstü Park – piyada 5 dəqiqə
Funikulyor – piyada 7 dəqiqə
Oxford School Baku-nun yaxınlığında
Ərazi elit kontingentə, sakit mühitə və rahat infrastruktura malikdir.
Unikal mənzərə və təmiz hava
Birinci balkon Botanika bağına açılır — geniş yaşıllıq, açıq mənzərə və daim təmiz hava
Qeyd: Bu mənzərənin qarşısında gələcəkdə tikinti aparılması mümkün deyil.
İkinci balkon Flame Towers-ə qismən baxış təqdim edir, xüsusilə axşam saatlarında möhtəşəm görüntü yaradır.
Mənzilin üstünlükləri
Eksperimental daş bina
Lift
Yüksək keyfiyyətli dizayner təmiri
Düşünülmüş və funksional planlaşdırma
Fərqli istiqamətlərə baxan iki balkon
Sakit və təhlükəsiz mühit
Yaşıllıq, təmiz hava və prestijli lokasiya
Sakitlik, komfort, estetik görünüş və ideal yerləşmə axtaranlar üçün əla seçimdir.
Ətraflı məlumat üçün whatsapp və ya zəng vasitəsilə əlaqə saxlaya bilərsiz











































































































