Продаётся 3-комн. новостройка 146 м², пос. Бакиханова
Bakıxanov qəsəbəsi Aygün Mall ticarət mərkəzinin yaxınlığında, 252 saylı məktəb-liseylə üzbəüz Bakıxanov Residence binasında qanuni 3 otaqlı skvaznoy (yelçəkən) mənzil satılır. Sənədləri tam qaydasındadır (çıxarış). Təhlükəsiz və qapalı həyəti, 2 surətli lifti, həyətdə uşaq meydançası, qapalı futbol meydançası yerləşir. Binanın yeraltı parkinqi, altında 24 saat işləyən aptek, tanınmış mağazalar, marketlər var.
Kombi istilik sistemidir, evin girişi və hamamları isti döşəmə, suyu və qazı daimidir. Təmiri yüksək keyfiyyətli materiallarla olunub, döşəməsi parketdir. Hər 2 tərəfə eyvanı var (yola baxan açıq, həyətə baxan cam balkon). Bina 24 saat mühafizə olunur.
Qeyd: Mənzil ƏŞYASIZ satılır, binanın zirzəmisində VİP yerdə tam sənədli qaraj da var (qarajın da sənədi çıxarışdır). Qaraj əlavə ödəniş olunmaqla ayrı satıla bilər, QİYMƏTƏ DAXİL DEYİL.

























































































































