Продаётся 9-комн. дом/дача 240 м², пос. Ясамал
Salam həyətdə 2 ədəd ev var.Bir yerdə satılır.
Birinci evin ümumi sahəsi 130 kv-dir.2 mərtəbədən ibarətdir.Evin birinci mərtəbəsində qonaq otağı,yataq otağı, mətbəx və sanitar qovşaq var.İkinci mərtəbədə isə 3 ədəd yataq otağı,sanitaq qovşaq mövcuddur.Ev isti polla təchiz olunub və təmirlidir.Evdə yaşayış yoxdur, təmir olunub.Gir yaşa evdir.Heç bir xərci yoxdur.Qaz, su , işıq daimidir.
İkinci evin ümumi sahəsi 110 kv-dir.Ev 1 mərtəbədən ibarətdir.Evdə 1 qonaq otağı, 3 yataq otağı, 1 mətbəx və 1 sanitaq qovşaq var.Ev orta təmirlidir.Kombi ilə tam təchiz olunub.Qaz,su , işıq daimidir.Evdə yaşayış mövcuddur.
Evlər ikisi bir yerdə satılır.Mida yaşayış kompleksinin qarşısındadır.3 saylı asan xidmətə piyada 5 dəqiqə məsafədədir.Midaya piyada 3 dəqiqəlik məsafədədir.Yaxınlıqda bağça,məktəb, supermarket, bir sözlə hər şey yaxınlıqdadır.Məhəllə sakit, işıqlı məhəllədir.Qonşular çox yaxşıdır.Satış səbəbi yeni alınan torpaqda qohumlara yaxın ev tikilməsidir.Bu məhəllədə torpağın sotu 50.000 azn-dir.4 sot torpaq ayrılıqda 200.000 azn edir.Qiymətdə razılaşmaq olar.Evlərin hər ikisi inşaat briqadası tərəfindən tikilib və super təməl əsasında qurulub.Hər ikisi tam suvaqlıdır.Təməllər və evlər qoşa daşdır.Bir sözlə evə tam cavabdehəm.Sənədi qeydiyyatdır.Hər hansı sualınız varsa, əlaqə saxlaya bilərsiniz.Kim nə iş görürsə Allah xeyir versin.





























































































































