Продаётся 3-комн. дом/дача 126 м², пос. Кюрдаханы
Ev Kürdəxanı qəsəbəsinin girişində “Bravo” market və “Akkord” zavod ilə üzbəüz məhəllədə 450 m içəridə yerləşir. Zabrat Pirşağı yoluna piyada 5 dəqiqəlik məsafədədir.Dənizə maşınla 10 dəqiqəlik yoldur. Tam təmirlidir. Evin qazı, daimi suyu, İşığı , Kombi sistemi, internet xətti və Həyətdə 2 tonluq su çəni var. Ev 3.5 sot həyətin içində tikilib. Tikilinin eni 9 m, uzunluq 14 m-dir və 5 daş kürsüldür. Kombi xətti evin zirzəmisi ilə aparılıb və hamam tualet xaric zirzəmi girişi ilə bütün otaqlara keçid var. Bünövrəsi 60*50-yə ölçüdə 14 –lük artmaturla 400 marka betonla betonlanıb. Üstü 2 qat 12-lik armaturla toxunma monolitdir və monolitin betonu 400 marka betondur. Həm bünövrədə, həm də monolitə beton texnika vasitəsi ilə verilib. Ev 3 otaqdan ibarətdir. 1) Zal 30 kvm, 2) Otaqlar 18 kvm və 15 kvm , 3) Mətbəx 12 kvm, 4) Hall- 28 kvm . Gələcəkdə 2 –ci mərtəbəni artırmaq məqsədilə monolitdə pilləkən yeri qoyulub. Hamam-Tualet evin içindədir. Evin ətrafı 3 metr hündürlüyündə hasara alınıb və evin heç bir divarı hasara bitişik deyil. Külək və yağış tutan tərəfi izolotexlənib. Həyətdə meyvə ağacları var. Giriş darvazasının eni 4 m-dir. Evin sənədi yoxdur və yalnız qeydiyyat yolu ilə mümkündür. Evin içində Mətbəx mebeli, Dəhliz mebeli, 2 ədəd kravat, divan , Masa və Mətbəx masası mövcuddur.Demək olar ki, dolu evdir. Makler deyiləm öz evimdir şəxsi işlərimlə əlaqədar satıram.

























































































































