







| Категория | Офис |
|---|---|
| Площадь | 100 м² |
| Тип строения | Бизнес центр |
| Количество комнат | 2 |
ƏHMƏD RƏCƏBLİ KÜÇ. 204 – TİCARƏT MƏKANI İCARƏYƏ VERİLİR
LED işıqlandırma məhsullarının satışı və istehsalı ilə məşğul olan şirkətimizin fəaliyyət göstərdiyi mağaza sahəsinin bir hissəsi icarəyə verilir. Hazır və oturuşmuş biznes mühitində fəaliyyət qurmaq istəyən sahibkarlar üçün ideal fürsətdir.
Məkan Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 204 ünvanında, ticarət və xidmət sektorunun yüksək aktiv olduğu ərazidə yerləşir. Ətrafda çoxsaylı biznes obyektləri, ofislər və daimi müştəri axını mövcuddur. Lokasiya asan tapılan, tanınan və yolkənarıdır.
Məkanın Üstünlükləri
✅ Geniş, səliqəli və estetik interyerə malik ümumi sahə
✅ Fərah və təbii işıqlı mətbəx (ortaq istifadə üçün uyğundur)
✅ Yolkənarı vitrin və rahat giriş – yüksək görünürlük
✅ İstilik və soyutma sistemi
✅ Yüksək sürətli internet və bütün kommunikasiya xətləri aktivdir
✅ Əlavə üstünlük: geniş və istifadəyə hazır anbar sahəsi
(stok yığımı, məhsul saxlanması və logistika üçün əlverişli)
Uyğundur:
Showroom fəaliyyəti qurmaq istəyənlər
Onlayn satışla məşğul olub fiziki baza və ya anbar ehtiyacı olanlar
Fərdi sahibkarlar
Elektrik və elektronika məhsulları, texniki avadanlıq, aksesuar və dekor satışı
Texniki xidmət, dizayn və reklam agentlikləri
Qeyd:
📌 Mağaza tam şəkildə deyil, yalnız 1-ci mərtəbədə şəkildə göstərilən vitrin sahəsi icarəyə verilir
📌 2-ci mərtəbənin koridor hissəsi əlavə olaraq götürülə bilər (icarə şərtləri dəyişməklə)
📌 Şirkətimiz fəaliyyətini həmin məkanda davam etdirir, buna görə işgüzar, harmonik və qarşılıqlı hörmətə əsaslanan birgə istifadə vacibdir
📌 İcarə sahəsinin ölçüsü və anbar istifadəsi qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək
⚠️ Xahiş olunur, yalnız birbaşa real müştərilər əlaqə saxlasın.
Номер объявления
Просмотров
Обновлено
5761337
156
24 декабря 2025
Загружаются следующие записи...