Продаётся 6-комн. дом/дача 220 м², пос. 20-й участок
20-ci sahə qəsəbəsinin mərkəzində, əsas yoldan ikinci sırada 2 mərtəbəli villa satılır. Mərtəbələr arası monolit betondur. Ev yeni təmirdən çıxıb.
Evdə 4 yataq otağı, 2 zal, 4 hamam və mətbəx var.
Birinci mərtəbədə geniş zal, mətbəx, hamam və böyük bir yataq otağı var. Yataq otağının içərisində də özünə məxsus hamamı var.
İkinci mərtəbədə 3 yataq otağı və 1 istirahət otağı yerləşir. Bu mərtəbədə də iki hamam var: biri koridorda, digəri yataq otaqlarından birinin içərisindədir. Geniş balkondan qəsəbəyə və dövlət bayrağına gözəl mənzərə açılır.
4-5 maşın dayana bilən geniş həyəti var.
Bütün komunal xəttləri və sayğacları mövcuddur. Jek sənədi var. Qeydiyyatda heç kim yoxdur və alıcı ailə üzvləri ilə birlikdə qeydiyyata düşə bilər.
Sahibiyəm.





















































































































