Продаётся 3-комн. новостройка 86 м², м. 28 мая
HAZIR İPOTEKA! İDEAL YATIRIM IMKANI!
ŞƏHƏRİN MƏRKƏZİ – 28 MAY METROSUNA 2-3 DƏQİQƏ!
Ünvan: Azadlıq prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsi
Amerika səfirliyi, Təzə Bazar, 28 Mall, Gənclik Mall, Zoopark və əsas iaşə obyektlərinə bir neçə dəqiqəlik məsafə
Bina: Yeni tikili, 18 mərtəbəli
Mərtəbə: 15-ci mərtəbə
Sahə: 3 otaqlı, tam təmirli
Təmir: Yeni təmirdən çıxıb, təmirdən sonra yaşayış olmayıb
Tam əşyalı satılır – bütün əşyalar sıfır və istifadə olunmayıb
⸻
İPOTEKA MƏLUMATI
• 7%-lik hazır ipoteka
• İpoteka transfer mümkündür
• Nəğd və ya ipoteka yolu ilə ideal yatırım fürsəti
⸻
MƏKANIN ÜSTÜNLÜKLƏRİ
Bu mənzil Bakının ən prestijli və təhlükəsiz ərazilərindən birində yerləşir:
• 4 metro stansiyasına yaxın: 28 May (iki çıxış), Cəfər Cabbarlı, Gənclik
• 5 məktəb, 3 universitet, 32 biznes mərkəzi
• Bağça və bütün iaşə obyektləri
• Koala, Zorge və Dədə Qorqud parkına piyada 10 dəqiqə
• Sakit, elit və mühafizə olunan blok
⸻
Üstünlüklər
• Keyfiyyətli materiallarla aparılmış təmir
• Əla infrastruktur
• Prestijli yaşayış zonası
• Hazır kirayə/yatırım imkanı
• Sakit və komfortlu bina
Şəhərin tam mərkəzində,Amerika Səfirliyinin,Nəsimi Polis İdarəsinin,Koala parkın,Koroğlu parkının və Göl Parkın yaxınlığında,ideal lokasiyada yerləşən super təmirli,yaşayış görməmiş 3 otaqlı mənzil satılır. Ətrafda Zoopark,Bakı Sirki,Azərbaycan Dillər Universiteti və Slavyan Universiteti var. Piyada məsafədə çoxlu topdansatış məntəqələri və supermarketlər mövcuddur(Araz,Rahat,Bravo,Rossman,Belorusski).
Mənzil 18 mərtəbəli yeni binanın 15ci mərtəbəsində yerləşir. Ümumi sahə 86 kv.m,otaqlar geniş və işıqlıdır. Tavanın hündürlüyü 3 metrdir. Çox yüksək səviyyədə təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Əşyalı şəkildə satılır. Böyük cam-balkonlu balkon şəhərə açılan geniş panoramaya malikdir.
Binada 7/24 kamera nəzarəti və canlı mühafizə xidməti var. İki sürətli lift,qaz,işıq,su daimidir. Superoptik internet xətti mövcuddur. Mərkəzi istilik sistemi quraşdırılıb. Yeraltı qaraj var,bundan əlavə binanın qarşısında meyvə və dekorativ ağaclarla zəngin,uşaqlar üçün təhlükəsiz oyun sahəsi olan gözəl bağça mövcuddur.
Mənzilin kupçası var və hazırda 7% dövlət ipotekasındadır. Bu gün 7% ipoteka verilmədiyi üçün,yeni sahib üçün əlavə investisiya üstünlüyü yaradır. Eyni büdcədə 8% ipoteka ilə müqayisədə alıcı təxminən 35 min azn qənaət etmiş olur,yəni faktiki olaraq 35 min azn daha sərfəli alır. Bütün ipoteka transfer xərcləri ev sahibi tərəfindən qarşılanacaq.
Mənzilin hal hazırda aylıq 1300-1500 Azn aralığında kirayə dəyəri var. Alıb hazır investisiya kimi də istifadə edə bilərsiniz.
Mənzil tam şəkildə bütün qəzalara qarşı sığortalanıb. Təcili satılır. Real alıcı ilə qiymət yalnız yerində baxışdan sonra danışılacaq.
Satış qiyməti 285000 azn. İpoteka qalığı 145000 azndir. Alıcıdan tələb olunan nəğd ödəniş 140000 azn,145000 azn isə ipoteka üzrə alıcını
Zəng çatmasa, xahiş olunur WhatsApp-la əlaqə saxlayın.
Ofis haqqı – 1%














































































































































