Продаётся участок 25 сот, Губа
Quba rayonu, Qırız-Dəhnə kəndində Panoramik mənzərəli, A-frame biznesi üçün ideal, 25 sot çıxarışlı torpaq sahəsi satıram.
Torpaq relyefdə yerləşir və Qudiyalçay vadisinə, həmçinin Qafqaz dağlarına baxan açıq panoramik mənzərəyə sahibdir. Ərazi turizm baxımından perspektivli zonada yerləşir.
Sənəd üzrə torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxildir. Bu, A-frame evlər, dağ evləri, glamping layihələri və qısa müddətli icarə modeli üçün hüquqi və texniki baxımdan əlverişli imkan yaradır.
Son illərdə Quba istiqamətində daxili turizmin artması bu ərazini yüksək gəlir potensialına malik investisiya edir. Torpaq həm bir neçə A-frame evdən ibarət kompleks, həm də mərhələli şəkildə inkişaf etdirilə bilən layihə üçün uyğundur.






























































































